Böyük Britaniya, Kanada və Avstraliya Fələstin dövlətini tanıdıqlarını elan ediblər

Dünya
Böyük Britaniya baş naziri Kir Starmer deyib ki, London Fələstini iki dövlətli həll və sülhə ümid yaratmaq üçün tanıyıb. Starmer həmçinin HƏMAS-ın terror təşkilatı olduğunu və onun Fələstin hökumətində heç bir rolu olmaması gərəkdiyini deyib.
Kanada baş naziri Mark Karni isə İsrailin hakimiyyətinin metodiki olaraq Fələstin dövlətinin yaradılmasına imkan verməmək üçün çalışdığını söyləyib O, iki dövlətli həll prinsipinə ümidin sönməsinə imkan verilməməsi gərəkdiyini bildirib.
İsrail artıq üç ölkənin qərarını tənqid edib, bunu terror qarşısında kapitulyasiya adlandırıb. İsrail Knessetinin spikeri Starmerin fotosunu öz sosial şəbəkəsində paylaşaraq onu rüsvayçılıqda ittiham edib. Ultrasağçı mövqeyi ilə tanınan milli təhlükəsizlik naziri İtamar Ben Qvir isə İsrailin Qərbin addımına cavab olaraq İordan çayının Qərb sahilini anneksiya etməsi gərəkdiyini açıqlayıb.
Fələstin administrasiyası isə Qərb ölkələrinin addımını alqışlayıb. Fələstin xarici işlər naziri Varsen Aqabekyan Şahin deyib ki, bu addım Fələstinin müstəqilliyi və suverenliyini yaxınlaşdırır.
Qərb ölkələri bir neçə həftədir İsrailə Qəzza əməliyyatları dayandırmayacağı halda Fələstini tanıyacağını elan etmişdi. İsrail o zamanda bu bəyanata etiraz etmişdi, daha sonra Qəzzada yerüstü əməliyyatlarını genişləndirmişdi. Böyük Britaniya, Kanada və Avstraliyadan sonra gələn həftə Fransanın da bənzər addımı atacağı gözlənilir. ABŞ isə belə bir addıma getməyəcəyini bildirib.

MUASİRMEDİA.AZ

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir