Cəfər Cabbarlı “Dönüş” əsərini yazarkən-MİSRALAR

ƏDƏBİYYAT
Cəfər Cabbarlının həyat yoldaşı Sona xanım: “Dönüş” əsərini yazarkən baş verən bir hadisə də bugünkü kimi yadımdadır. Cəfər həmişə işləyəndə çoxlu çay içərdi. Bu onun ürəyinə zərər idi. Bir dəfə ona dedim ki, ay Cəfər, çayı az iç, bağ yeridir, qəndimiz azdır. Bir az sonra mən Cəfər üçün ikinci stəkanı gətirəndə o, mənə bir kağız uzatdı. Kağızda belə yazılmışdı:

“Ay Sonası, çay gətir mənimçün,

Qələndərəm, pay gətir mənimçün.
Bağ yeridir, qəndi çox işlətmərəm,
İstəyirsən, say gətir mənimçün”.

Paylaşdı: Klassik Ədəbiyyat İnciləri səhifəsi.
2 kişi görseli olabilir
MUASİRMEDİA.AZ
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir