Özbəkistanın müasir ədəbiyyatının əsasını qoyanlardan biri, azərbaycanlı şair Məqsud Şeyxzadənin (1908-1967) anım günüdür. Ağdaşda anadan olub. Sonradan Bakıya, Bakıdan Dağıstana, oradan Özbəkistana gedib. “Qızıl Özbəkistan”, “Şərq həqiqəti” və “Leninçi” qəzetlərində çalışıb, müəllim işləyib. Nizami adına Daşkənd Pedaqoji İnstitutunda dərs deyib. “Üçüncü kitab”, “Cümhuriyyət”, “Cəlaləddin Mengüberdi” kimi əsərləri özbək türkcəsində nəşr olunub.
muasirmedia.az