Bir ev, bir ailə,dörd şübhəli

Hadisə
 Oğuzda atadan gələn təhlükə ifşa olunub.
Oğuz RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin satışı və kultivasiyası ilə məşğul olan bir ailənin 4 üzvü saxlanılıb.
-Ata, oğul, ana və gəlin.
65 yaşlı Məmmədsaad Məmmədov (əvvəllər ağır cinayətə görə məhkum olunmuş), onun oğlu Orxan, həyat yoldaşı Gülnaz və gəlini Dilbər Məmmədovaların Xaçmaz kəndindəki evinə baxış zamanı:
3 kiloqrama yaxın marixuana
138 ədəd çətənə bitkisi və hissələri
– şüşə qablarda narkotik tərkibli toxumlar aşkarlanıb.
Məlum olub ki, ailə üzvləri çətənə kollarını əkib-becərərək satışı təşkil ediblər. Məmmədsaad Məmmədov sifarişləri qəbul edib, ailə üzvləri vasitəsilə çatdırılmasını təmin edib.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə üç nəfər barəsində həbs, Dilbər Məmmədova barəsində isə digər qətimkan tədbiri seçilib.
Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
MUASİRMEDİA.AZ
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir