Nəsir Məmmədov-ya yeni vəzifə verilib

Siyasət
N.Məmmədov Xarici İşlər Nazirliyində Yaxın Şərq və Afrika idarəsində rəis müavini vəzifəsinə təyin edilib.
2023-cü ildə Azərbaycanın Bağdaddakı səfiri təyin edilən Nasir Məmmədov keçən ilin dekabrında geri çağırılıb.
Həmin vaxt media yazırdı ki, Azərbaycanın İraqdakı səfirliyində ciddi qanun pozuntusu, korrupsiya halları müəyyən edilib. Viza rüsumunun 20 dollar olduğu halda səfirliyin saxta “vasitəçi şirkət”in köməyi ilə 500 dollara viza satdığı iddia edilirdi.
Nasir Məmmədov 2018-ci ilə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini  olmuş Natiq Məmmədovun oğlu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın kürəkənidir.
MM.AZ
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir