Okeanın dibində 400 milyon avroluq bahalı maşın qəbristanlığı

Dünya
2022-ci ilin martında Atlantik okeanda Felicity Ace gəmisində yanğın baş vermişdi. Gəmi isə Volkswagen AG-yə məxsus olan 4000 avtomobil daşıyırdı.
 Yanğına səbəb Porsche elektromobilinin bateryası olub. Alovu söndürmək mümkün olmadı. Bir neçə gün davam edən yanğından sonra gəmi okean sularında qərq oldu.
Bu hadisə okeanın dibini ən bahalı avtomobil parkına çevrildi. 400 milyon avro dəyərində olan maşınlar suyun altına getdi.
Bu hadisə təkcə avtomobil sənayesinə deyil, həm də dəniz ekosistemlərinə ciddi təsir göstərdi. Litium-ion batareyalar, yanacaq və yağlar okean dibində qalaraq ekoloji narahatlıq yaradır.
Batmış modellər arasında: 85 ədəd Lamborghini, o cümlədən 15 ədəd Aventador Ultimate, 20 ədəd Hurracan, 50 ədəd Urus, 580 ədəd Porsche, 190 Bentley, 846 Audi, 523 Volkswagen var idi.
Həmçinin nadir klassik model sayılan Honda Prelude SiR (1996), Land Rover Santana (1977), BMW 750i (2007) və digərləri də suyun dibinə gedib.
MM.AZ
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir