Laçın AZƏRBAYCAN uğrunda döyüşürdü!

HƏRBİ
Belə bir deyim var : QURDLAR ölüb , itlərin bayramıdı.
Laçınlıları namərdcəsinə qorxaqlıqda ittiham edənlər varmış…Çingiz Mustafayevin çəkilişləri paylaşılır…
O çəkilişlərdə deyilən sözlər laçınlılara yox , Laçından qaçıb Laçını Ermənistan kimi bir ölkə ilə təkbətək buraxanlara ünvanlanıb…
Susurdum…
BAŞLAMAĞA məcbur edirlər…
Laçın və laçınlılar VƏTƏN uğrunda sona kimi – təklikdə bir respublikanın və keçmiş DQMV ərazisində yaradılmış qondarma qurumun silahlı qüvvələri ilə döyüşdülər.
Laçın AZƏRBAYCAN uğrunda döyüşürdü!
Amma Laçına , laçınlılara , AZƏRBAYCANA xəyanət edənlər Laçını və Laçınlıları o ağır gündə düşmənlə mübarizədə tək buraxıb qaçanlar idi!
Laçınlılar ittiham olunmalı deyil və OLUNA DA BİLMƏZ!!!
KİMSƏNİN BUNA HAQQI YOXDU!
Laçınlılar İTTİHAM ETMƏLİ idi!
Bizi döyüş meydanında tək qoyduqları üçün…
Laçını tərk edib qaçdıqları üçün…
Laçına xəyanət etdikləri üçün!
ETMƏDİK!
Səhvimiz varsa O DA BU İMİŞ deyəsən!?
Yoxsa indi qabaqdangəlmişlik edənlər meydan sulamazdı…
P.S. Laçının işğalı öz həqiqi əksini rəhmətlik Seyidağa Möhsümlünün çəkilişlərində tapıb…
Arif Paşa,
keçmiş Laçın alayının komandiri, polkovnik.

MM.AZ
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir