Riyaziyyat sahəsində Nobel mükafatına bərabər hesab edilən Filds medalına layiq görülən yeganə müsəlman qadın olan Məryəm Mirzəxani haqqında qısa məlumat vermək istəyirəm.
O, 3 may 1977-ci ildə İran İslam Respublikasının Tehran şəhərində anadan olmuşdur. Atası Əhməd Mirzəxani elektrik mühəndisi, anası Zəhra Mirzəxani evdar qadın idi. Ailədə üç uşaq – iki bacı, bir qardaş olublar.
Məryəm ibtidai təhsilini Tehrandakı adi məktəbdə almış, orta təhsilini isə Nadir İstedadlıların İnkişafı liseyində davam etdirmiş, həmin illərdə riyaziyyat üzrə İran Milli Olimpiadasının iştirakçısı olmuşdur. O, 1994-1995-ci illərdə Beynəlxalq Riyaziyyat Olimpiadasında İranı təmsil etmiş, 1994-cü ildə qızıl, 1995-ci ildə isə ən yüksək bal toplayaraq yenə də qızıl medal almışdır.
1999-cu ildə İranın Şərif Texnologiya Universitetinin bakalavr pilləsini bitirmiş, sonra ABŞ-a köçmüş və təhsilini Harvard Universitetində davam etdirmişdir.
2004-cü ildə Filds Medal laureatı Curdis T. McMullenin elmi rəhbərliyi ilə “Hiperbolik səthlərdə sadə geodezik əyrilər və əyrilərin modul fəzasının həcmi” mövzusunda dissertasiya müdafiə etmişdir.
Məryəm 2004-cü ildə ABŞ-ın Clay Riyaziyyat İnstitutunda tədqiqatçı və Prinston Universitetində professor olmuşdur. 2008-ci ildən fəaliyyətini Stanford Universitetində professor kimi davam etdirmişdir.
2005-ci ildə Mirzəxani Stanford Universitetində professoru Jan Vodrakla ailə həyatı qurmuşdur. Onların Anahita adında bir qız övladları olmuşdur.
Məryəmə 2013-cü ildə süd vəzi xərçəngi diaqnozu qoyulmuşdur. O, 2014-cü ildə riyaziyyat sahəsində ən nüfuzlu mükafat olan Filds medalı almış ilk və yeganə müsəlmandır.
2016-cı ildə xərçəng sümük və qara ciyərinə yayılmış, 14 iyul 2017-ci ildə Kaliforniyada xəstəxanada 40 yaşında vəfat etmişdir. .
Şərif Universiteti təhsil aldığı riyaziyyat fakültəsinə Mirzəxaninin adının veriləcəyini bəyan etmişdir.



MM.AZ MİSİR MƏRDANOV