Türkiyə siyasətində yeni dönəm başlayır

Dünya
21 sentyabrda Türkiyənin Cümhuriyyət Xalq Partiyasının növbədənkənar qurultayında Özgür Özəl yenidən partiyanın sədri vəsifəsinə seçildi. Özgür Özəl yeganə namizəd olaraq 835 səs aldı.
Ərdoğanın ən böyük müxalif qüvvəni zəiflətmək və parçalamaq üçün göstərdiyi bütün cəhdlərə baxmayaraq, CHP Türkiyə siyasi səhnəsi üçün nadir sayılan birliyi nümayiş etdirdi. Son illərdə CHP-nin daxilində yaşanan gərginliklər davamlı olaraq partiyanı parçalayaraq zəiflədirdi və bu proseslər birmənalı olaraq Ərdoğanın maraqlarına cavab verirdi.
21 sentyabrda baş verənlər Ərdoğan üçün narahatedici siqnal oldu. Türkiyənin Prezidenti indiyədək müxalifətinin əsas probleminin məhz parçalanma, bitib-tükənməyən mübahisələr və bloklararası rəqabətə öyrəşmişdi və bundan hərtərəfli istifadə edirdi.
Bu barədə məqaləmi “gününsəsi”ndə oxuya bilərsiniz, link ənənəvi olaraq rəy bölümündədir.
MM.AZ
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir