Təhlillər göstərir ki, bu ilin əvvəlindən qadın sürücülərin iştirakı ilə baş verən 107 yol qəzasında 16 nəfər həlak olub, 159 nəfər isə xəsarət alıb.
Qaydaları pozmaq — qəfil sürət, təhlükəli manevrlər, bir anlıq həvəs ola bilər. Amma nəticəsi çox ağırdır: ya həyatın sonu, ya xəstəxana, ya da həbsxana.
Unutmayın: Siz bir ana, həyat yoldaşı, övlad və cəmiyyətin dəyərli üzvüsünüz.
Sürət fəxr deyil, təhlükədir. Qəza bir anda baş verir, peşmançılıq isə ömürlük qalır.
MM.AZ
MM.AZ