Görəsən bundan gözəl, Və bundan çarəsiz arzu varmı.- RAMİZ RÖVŞƏN

ƏDƏBİYYAT
Bir səhər yuxudan durub
Özünü uşaq görəsən.
Görəsən hamı evdədi,
Ölənləri sağ görəsən.
…Qorxasan qaçıb gedələr, –
Tez qapını bağlayasan.
Geri dönüb içəridə
bir təzə qonaq görəsən.
Görəsən ki, qapqaradı
o qonaq başdan ayağa.
Ondan başqa hamısının
üst-başını ağ görəsən.
Pəncərədən içəriyə
dola, dola gün işığı.
İçəridə boş-boşuna
yanan bir çıraq görəsən.
Söndürəsən o çırağı –
hamı birdən yoxa çıxa….
Otaqda bir qara qələm,
bir də ağ vərəq görəsən..

1 kişi görseli olabilir
MM.AZ
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir