Hüseynağa Hadıyevin geyim tərzləri onun efirə çıxmasına maneə yaradırdı. Ondan kostyum geyinməsini tələb etsələr də, o, bu tələblərə qarşı çıxırdı. Hüseynağa Hadıyev 1946-cı ildə Bakıda anadan olub. Anası Törə xanım Cəfər Cabbarlının əmisi qızı olub. O, körpə olanda anası vəfat edir. Hüseynağaya bacısı baxır.
“Sovetski” məhəlləsində böyüyən müğənni “quşbaz” olub. Uşaqlıqdan sevdiyi bu məşğuliyyətindən sonralar da əl çəkə bilməyib. Hər zaman fikri sevimli göyərçinlərinin yanında olan sənətçini günlərin bir günü qonşusu, qarmon ifaçısı, Əməkdar artist Faiq Əlibalayevi səhər saat 6-da yuxudan oyadır ki, bəs, dur, səninlə vacib işim var. Qəfil döyülən qapıya yuxudan qalxan Faiq Hüseynağanı görüb duruxur. Dostunun çaşqın baxışlarına məhəl qoymayan Hüseynağa deyir:
“Tez maşını işə sal, sür Sabunçu bazarına. Qədeşim, quşlarım acından öldü e, gedək dən alaq”.
Müğənni 1992-ci il yanvarın 12-də dünyasini dəyişib.
MM.AZ
MM.AZ