Dəyərli gənclər, tövsiyələrimi yenidən sizinlə bölüşürəm. İnanıram ki, bu tövsiyələr də sizin üçün maraqlı və faydalı olacaq:
1. Hər zaman Allaha sizə verdiyi nemətlərə görə şükür edin, nankor olmayın.
2. Heç zaman Uca yaradanı unutmayın. Bilin ki, müsibət və faciələr insan onu unutduğu zaman baş verir.
3. Heç zaman vicdanınıza xəyanət etməyin. Bilin ki, vicdan yaralandısa onu sağaltmaq çətin olacaq.
4. Hər gün özünüzü hesaba çəkin. Yaxşı və pis əməllərinizi saf-çürük edin. Çalışın o dünyada hesabınız ağır olmasın.
5. Hər zaman sözün doğrusuna qulaq asın. Heç zaman doğruları və həqiqətləri görməməzlikdən gəlməyin. Bu sizə yalnız zərər gətirəcək.
6. İnsanları pula, mala, vəzifəyə görə deyil, yaradana və xeyirxah əməllərinə görə sevin.
7. İnsanların haqqına girməyin, bunun hesabının o dünyada çox ağır olacağını unutmayın. Unutmayın ki, qul haqqı çox ağır olur.
8. Heç zaman əmanətə xəyanət etməyin. Bilin ki, o dünyada xəyanətin hesabı çox ağır olacaq.
9. Beyninizi, ürəyinizi kin-küdurət və düşmənçiliklə deyil, sevgi və məhəbbətlə bəsləyin.
10. Təkəbbürdən, özündən razılıqdan uzaq olun. Bu sizə yalnız ziyan gətirəcək.
MM.AZ
MM.AZ