Sizə “bacarmayacaqsınız” deyənlərə inanmayın

Dünya
Amerikada Kolumbiya Universitetinin bir tələbəsi riyaziyyat dərsində mürgüləmişdi. Dərs bitdikdən sonra gurultudan ayıldı və lövhədə iki məsələ gördü.
«Evdə baxaram», — deyə düşündü. Amma işə oturanda başa düşdü ki, məsələlər inanılmaz dərəcədə çətindir. Yenə də geri çəkilmədi — kitabxanaya getdi, materiallar tapdı, bütün vaxtını və gücünü buna həsr etdi.
Növbəti dərsdə isə təəccüblə gördü ki, professor ev tapşırığını yoxlamağa tələsmir. Onda tələbə əlini qaldırıb soruşdu:
— Professor, niyə keçən dəfə verdiyiniz məsələləri yoxlamırsınız? Məgər onlar məcburi deyildi?
Professor gülümsəyərək dedi:
— Əzizim, bu ümumiyyətlə tapşırıq deyildi. Mən sadəcə sizə indiyədək dünyada heç kimin həll edə bilmədiyi riyazi problemlərdən nümunələr göstərmişdim.
Tələbə çaşqınlıqla pıçıldadı:
— Amma mən onları həll etmişəm…
Və doğrudan da: onun həlləri qəbul olundu. Bu məsələlər üzrə yazdığı dörd elmi iş hələ də universitetdə saxlanılır — insan ruhunun möcüzəvi gücünün sübutu kimi.
Bütün bunlar isə ona görə baş verdi ki, o, dərsdə mürgülədiyi üçün professorun sözlərini eşitməmişdi: «Bu məsələlər həll olunmazdır». O sadəcə “mümkün deyil”in varlığını bilmirdi — və buna görə mümkünü gerçəkləşdirdi.
Həqiqət isə budur:
Sizə “bacarmayacaqsınız” deyənlərə inanmayın. Başqalarının məhdudiyyətlərinin sizin məhdudiyyətinizə çevrilməsinə icazə verməyin. İnsan özünə inansa hər şeyi edə bilər. Əsas odur — irəli getmək, təkrar-təkrar cəhd etmək və heç vaxt təslim olmamaq.
MM.AZ