Naxçıvanda qanunsuz miqrasiya vədi ilə dələduzluq edən şəxs saxlanılıb
Sədərək Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 33 yaşlı Vüsal Quliyev xaricə qanunsuz yolla miqrasiya vədi verərək 1 800 ABŞ dolları ələ keçirdiyinə görə məsuliyyətə cəlb olunub.
____
Araşdırmalarla müəyyən edilib ki, o, vətəndaşı aldatmaq yolu ilə xaricə aparacağına inandırıb və pul vəsaitini mənimsəyib.
____
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam edir.
Mənbə DİN
Mənbə DİN
MM.AZ