Türkiyə Prezidenti R.T.Ərdoğanın imzaladığı sərəncamla Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan vətəndaşları artıq Türkiyədə “əcnəbi” sayılmayacaq. T.Ərdoğan bu ölkələrin haqqında sərəncam imzalayıb.
T.C. Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan, Türk əsilli şəxslərin Türkiyədə statusu haqqında yeni sərəncam imzalayıb.
Yeni sərəncama əsasən:
Yeni sərəncama əsasən:
– Artıq türk soylu əcnəbilər – yəni Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şərqi Türküstan, Ahıska, Krım, Qaqauz kimi icmalardan olan şəxslər, Türkiyədə öz peşə və sənətlərini sərbəst şəkildə icra edə biləcəklər.
– Onlar həm dövlət, həm də özəl müəssisələrdə daha asanlıqla işləyə biləcəklər.Bu qərar, 2527 saylı Qanun çərçivəsində qəbul edilib və türk soylular üçün iş icazəsi prosedurlarında böyük asanlıq yaradır.Artıq türk soylular “əcnəbi” sayılmayacaq, öz vətənlərindəymiş kimi yaşayıb və işləyə biləcəklər.
MuasirMedia.AZ