Bu gün Azərbaycan ədəbiyyatı böyük itki ilə üzləşdi

ƏDƏBİYYAT

Tanınmış şair, söz adamı, Azərbaycan poeziyasının sevilən imzası — Əlisəmid Kür vəfat edib.
O, 71 yaşında 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib. Mərhum bu gün doğulduğu Salyan rayonunda torpağa tapşırılıb. Əlisəmid Kür səhhətində yaranan problemlər səbəbindən sentyabrın 15-də Respublika Diaqnostika Mərkəzinə yerləşdirilmiş, daha sonra müalicəsi Respublika Klinik Xəstəxanasında davam etdirilmişdi. Onun poeziyası kimi ömrü də səmimi, duyğulu və xalqına bağlı oldu… Ədəbi mühitin sevilən imzası kimi yaddaşlarda yaşayacaq. Mərhumun doğmalarına Allahdan səbr diləyirik.
Ruhu şad, məkanı cənnət olsun!

MUASİRMEDİA.AZ
YAQUB MEHDİ OĞLU VƏ GÜLƏR MİRALİMBEYLİ