Sabirabadda ölümlə nəticələnən yol – nəqliyyat hadisəsi baş verib-VİDEO

Hadisə

Sabirabadda baş verən yol qəzasında bir nəfər ölüb.
Məlumatına görə, hadisə Sabirabad rayonunun Əsgərbəyli kəndi ərazisində qeydə alınıb. Sözügedən kənd sakini, 61 yaşlı Əbilov Hacı Gülağa oğlu idarə etdiyi “QAZ”-3110 markalı avtomobili kəndin ərazisində elektrik dirəyinə çırpıb. Nəticədə sürücü xəsarət alaraq Sabirabad xəstəxanasına yerləşdirlib. Nəqliyyat vasitəsində olan sərnişin Əsgərbəyli kənd sakini, 67 yaşlı Ağammədov Tofiq Hacıbala oğlu isə hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

MUASİRMEDİA.AZ
YAQUB MEHDİ OĞLU