Şəhidimiz, Vətən Müharibəsi Qəhrəmanı Elyar Vəliyevin doğum günüdür

HƏRBİ
Şəhidimiz, Vətən Müharibəsi Qəhrəmanı Elyar Vəliyevin (1991-2020) doğum günüdür.
Füzuli, Cəbrayıl və Qubadlı uğrunda döyüşüb. Ad günündən 2- gün sonra – oktyabrın 19-da Qubadlı döyüşlərində şəhid olub. Elyar Vəliyev 40 nəfərdən ibarət qrupla Laçın dəhlizinə nəzarəti ələ almaq üçün ciddi önəmə və strateji əhəmiyyətə sahib olan mövqelər uğrunda döyüşə başlayıblar. Qeyri-bərabər döyüşlərdə ermənistan tərəfdən təxminən 150 dığa döyüşüb. 7 saatdan çox davam edən ağır döyüşlər nəticəsində Xüsusi Təyinatlı Qüvvələrin qrupun şəxsi heyətindən dörd nəfər — baş gizir Sübhan Cəbrayılov, baş gizir Camal İsmayılov, gizir Şəhriyar Quliyev və gizir Elyar Vəliyev şəhid olublar. Allah şəhidlərimizə rəhmət eləsin.
MM.AZ