ŞOK -HADİSƏ ehtiyatlı olun – ƏCƏL QAPIDADIR

Hadisə

Hövsanda yerləşən çoxmərtəbəli binaların birində azyaşlı uşaq 7-ci mərtəbədən yıxılaraq ölüb.

 

Ailə üzvləri Rəsul Əlifzadənin 3, rəsmi qurumlar isə 6 yaşı olduğunu bildirir.

hadisə baş verən vaxt azyaşlı həyətdə nənəsi ilə uşaq meydançasında oynayırmış. Bu zaman o, evə getmək istəyib, nənəsinin yanından qaçaraq liftə tək minib. Onlar altıncı mərtəbədə yaşayırmış, amma uşaq liftdə 7-ci mərtəbənin düyməsini basıb. Nənəsi gəlib ona çatanadək blokda yerləşən açıq eyvana çıxıb və oradan yıxılıb.

R.Əlifzadə ailənin yeganə övladı olub.
MM.AZ