AMEA-nın prezidenti İsa Həbbibəylinin qızı Günay Məsimovanın Almaniyada bank seyfində saxladığı bir milyon avrodan artıq nəğd pulu və qiymətli əşyaları fırıldaqla ələ keçirilib. Məsimova baş verənləri polisə danışmaq əvəzinə Bakıya qaçıb, hadisəni polisə danışanlardan isə qisas məqsədi ilə “bandotdel”dən istifadə edib.
Məsimovanın Almaniyaya köçməsi: Günay Məsimova saxta evliklik vasitəsi ilə Almaniyada yaşamaq hüququ əldə edib. Bundan sonra o, dəyəri 1 milyon avro olan villa və mənzil alıb. “Gündəlik Naxçıvan” villanın ünvanını dəqiqləşdirə bilməsə də, mənzilin Berlində Kohulfurter küçəsində yerləşdiyini öyrənə bilib.
Oğurluğun detalları: Oğurluq hadisəsi bu ilin əvvəlində baş verib. Günay Məsimova keçən ilin iyununda Bakıdan Almaniyaya gətirdiyi pulları və qiymətli əşyaları Nürnberqdə yaşayan tanışı F. M. vasitəsi ilə “Sparkasse” bankında seyfə qoymaq qərarına gəlib.
Almaniyada bu cür seyflər qiymətli sənədlər və 10 min avroya qədər qiymətli əşyalar üçün nəzərdə tutulsa da, bankın seyfləri açıb, yoxlamaq hüququ yoxdur.
Günayla görüşməzdən əvvəl F. M. bankın Fürth şəhərindəki filialında dostlarından birindən xəbərsiz onun adına seyf hesabı açıb. O, başqa bir seyf hesabı da Günay Məsimovanın adına açıb və kartını özünə verib. Banka gəldikdən sonra F. M. pulları və qiymətli əşyaları Məsimovanın yox, dostunun seyfinə qoyub.
Oğurluq necə ortaya çıxıb: Bu ilin yanvar ayında brilyant qaşlı qızıl saatlarından birini görtürmək üçün banka gələn Günay Məsimova ona məxsus seyfin boş olduğunu görüb. Telefon əlaqəsi saxladıqdan sonra F. M.-nin onu aldatdığını, 790 min avro dəyərində dollar və brilliyant, 330 min avro pulu onun yox, dostunun adına olan seyfə qoyduğnu, bir müddət sonra isə götürüb, Baltik ölkələrindən birinə qaçdığını öyrənib.
Polisə yox, Bakıya gəliş: Günay Məsimova pulların mənbəyinin soruşulacağını bildiyi üçün oğurluq barədə polisə məlumat vermədən Bakıya qaçıb. MM.AZ