Sadıqovda əlindəki qovluğu Ramiz Mehdiyevin başına niyə vurub?

HƏRBİ
POLKOVNİKDƏN İDDİA: PA-da QOVLUĞU MEHDİYEVİN BAŞINA KİM ÇIRPIB?
“2016- 2017- ci il uğursuz Talış-Suqovşan-Lələtəpə istiqamətində uğursuz döyüş əməliyyatını Ramiz Mehdiyevin tapşırığı ilə hazırlayan prezidentin hərbi köməkçisi General- leytenat Vahid Əliyev və onun başçılığı altında 7 Ermənistan kökənli döyüş üzü görməyən generallar olub”.
Bunu ehtiyatda olan polkovnik, hərbiçi hüquqşünas Əzizağa Süleymanov özünün şəxsi Facebook hesabında yazıb.
O iddia edib ki, həmin 7 general qərərgah rəisi qismində bu istiqamətdəki qoşun birləşmələrinin tərkibinə yerləşdirilib.
Süleymanov daha sonra yazıb ki, bununla bağlı Təhlükəsizlik Şurasının iclasında müzakirələr keçirilib. “Həmin vaxt Nəcməddin Sadıqov həqiqəti qoyub ortalığa və Ramiz Mehdiyevi birbaşa günahlandırıb. Nəticədə əlbəyaxa dava düşüb. Sadıqovda əlindəki qovluğu Ramiz Mehdiyevin başına vurub”.
Ehtiyatda olan zabit onu da qeyd edib ki, dövlət başçısı bundan xəbər tutduqdan sonra general- leytenat Vahid Əliyevlə bərabər 7 generalı da ordu sıralarından qovub. “Odur-budur Nəcməddin Sadıqov Ermənistan- Naxçıvan kökənlilərin düşməni elan edilib”.
MM.AZ