Hadisə Cəlilabad rayonunun Təklə kəndi ərazisində qeydə alınıb.
“Nissan X-Trail” markalı avtomobil sərt döngədən eniş edərkən aşıb. İlkin məlumata görə, avtomobildə olan 5 nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb.
Hazırda yaralıların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
MM.AZ