Onlarla dığanı məhv edən şəhid Milli Qəhrəmanımız Elbrus Allahverdiyevin

HƏRBİ

Onlarla dığanı məhv edən şəhid Milli Qəhrəmanımız Elbrus Allahverdiyevin (1958-1993) sabah doğum günüdür. Ordumuzun artilleriyasının ilk təşkilatçılarından olub. Ağdam ətrafındakı döyüşlərdə şücaət göstərir və düşmənin xeyli zirehli texnikasını sıradan çıxarır. Ağdərədə düşmənin reaktiv artilleriyasını sərrast atəşlərlə susdurur. 1993-cü il 12 iyun tarixində işğalçılar Ağdam üzərinə hücuma keçərkən Elbrus Allahverdiyev düşmənin xeyli canlı qüvvəsini məhv edir və onlar geri çəkilməyə məcbur edir. Düşmənin Ağdam rayonuna növbəti hücumu iki gün sonra iyun ayının 14-də olur. Onlar Ağdamın Şelli kəndi istiqamətində irəliləmək istəsələr də Elbrusun Allahverdiyevin dəqiqliyi dığaların şəxsi heyətinin xeyli itkisi ilə nəticələnir və onlar geri çəkilir. 16 iyunda işğalçıların növbəti hücumu zamanı əsgər yoldaşları ilə piyadaların köməyinə gedir o mərmi partlayışından ağır yaralanır. Komandiri hospitala çatdırdılar lakin onu xilas etmək mümkün olmur. Məkanı cənnət olsun!

MM.AZ