Virus geri qayıdıb 2 milyon quş ölə bilər

Dünya

Epidemiyanın belə davam edəcəyi hal da bu ildə həmin rəqəmin təkrarlanacağı ehtimal olunur.

Qeyd  edək ki,quş qripi (ing.avian influenza) müxtəlif növ quşların və heyvanların kəskin gedişli kontagioz xəstəliyidir. Xəstəlik respirator orqanların, mədə-bağırsaq traktının zədələnməsi, eləcə də quşlar arasında yüksək tələfat və iqtisadi zərər ilə nəticələnir. Xəstəliyin törədicisi Orthomyxoviridae ailəsinə, influenza cinsinə aid olan RNT tərkibli mutagen virusdur. Ümumiyyətlə, quş qripi virusu (A tipi) müxtəlif kombinasiyalarda birləşən 16H və 9N tipləri kimi təsnif olunur. İndiyə qədər 16 HA və 9 NA serotiplərinə çöl quşları arasında rast gəlinib. Qeyd edilən serotiplər yüksək və aşağı patogenli olmaqla 2 qrupa bölünür ki, onlardan yüksək patogenli quş qripi (A(H5N1), HPAI- ing. highly pathogenic avian influenza) həm quşlar, həm də insanlar üçün təhlükəli infeksiya növü hesab olunur. Quş qripi xəstəliyi heyvanlara və insanlara əsasən aerogen və ya alimentar yolla yoluxur
.mm.az