Masallı şəhər 4 nömrəli tam orta məktəbdə yeniyetmə və gənclərin narkomaniya və erkən nikahların fəsadları barədə məlumatlandırılması məqsədilə maarifləndirici tədbir keçirilib.
Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azay Ağayev və Təhsil Sektorunun müdiri Elman Rzayev çıxış edərək bu halların cəmiyyət üçün təhlükələrini vurğulayıblar.
_____
Görüşdə videoçarxlar nümayiş etdirilib, şagirdlərin sualları cavablandırılıb.
Maarifləndirmə tədbirlərinin əsas məqsədi gəncləri informasiyadan qorumaq deyil, düzgün informasiyanın gücü ilə onları qorumağı öyrətməkdir.



MUASİRMEDİA.AZ

 
			 
						 
						