Şəxs vəfat etdikdən sonra pensiya kapitalını kim ala bilər?

İqtisadiyyat

Vəfat edən şəxsin pensiya kapitalının bir hissəsi onun vərəsəsinə ödənilə bilər.

Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirir ki, məsələ ilə bağlı artıq təkliflər verilib. Vəfat edən şəxsin pensiya kapitalının 30 faizinin vərəsəsinə verilməsi ilə bağlı müzakirələr gedir.

Millət vəkili əlavə edib ki, digər bir məsələ də yığılan kapitalın pensiya yaşına çatmadan götürülə bilməsi ilə bağlıdır. Artıq bir çox ölkələrdə bu proses icra olunur. Vətəndaşlar müəyyən yaşdan sonra pensiya kapitallarının bir hissəsini istədikləri zaman götürə bilirlər.

 

Eləcə də vəfat edən şəxsin pensiya kapitalını onun vərəsəsi ala bilir.

MM.AZ