19 oktyabr 2019 cu il. Əli Kərimli şəhərin mərkəzinə təyin olunmuş ” razılaşdırılmamış mitinqdə” vəhşiliklə həbs edilir, ona ağlasığmaz işgəncələr verilir, başı partladılır, bədəninin müxtəlif yerlərindən ağır xəsarətlər alır. Onunla sanki əsirlikdə olan düşmən kimi rəftar edilir və bütün bunlar videolentə alınaraq, kiməsə göndərilir. O məchul “kimin” ürəyinin soyumadığından bu vəhşiliklər bir neçə dəfə təkrarlanır və həmin “kiminsə” ürəyi soyuyana, razı qalana qədər davam etdirilir.
Bu vəhşilik ölkədə ciddi rezonans verməklə yanaşı dünyanın aparıcı mətbuat orqanlarının manşetinə çıxır. Hər kəs hakimiyyətin bu anti- insani addımını, İlham Əliyevin öz siyasi rəqibi ilə bu şəkildə rəftarını sərt tənqid edir, lənətləyir.
Bu zaman nə baş verir? Dərhal hakimiyyətin texnoloqları, təbliğat ruporları, xüsusi xidmət orqanlarının köməyi ilə hərəkətə keçərək, ” günah keçisi” axtarışına çıxırlar və çox keçmədən bu “günah keçisi” tapılır.
Sizcə bu adam kim olsa yaxşıdır?
Əlbəttə ki bu gün ” ölkədə çevriliş planı hazırlayıb” o plana cəmi 6 il qabaq döydürüb, işgəncə verdirdiyi Əli Kərimlinin də adını daxil edən həmin bu Ramiz Mehdiyev)) gülməlidir deyilmi?
Absurdun dərəcəsini təsəvvür edirsinizmi? Sən demə cəmi 6 il qabaq Əli Kərimlini həbs etdirərək, döydürən, ona işgəncə verdirən Ramiz Mehdiyev indi də həmin Əli Kərimli ilə dövlət çevrilişi planı hazırlayırmış))
Elə həmin olaydan dərhal sonra Ramiz Mehdiyev ictimai rəydə məlum hadisənin müqəssiri kimi rəsmiləşdirilir və tutduğu vəzifədən uzaqlaşdırılır.
Yalançının yaddaşı olmaz deyimi burada tam yerinə düşür. Bu gün naməlum “50 nəfərlik” siyahını müxtəlif formalarda təqdim etmək, o siyahıya Əli bəyin də adını salmaq istəyən hökumət təbliğatçılarına sözüm odur ki, Əli Kərimlinin adını o siyahıdan təcili şəkildə “çıxarsınlar” çünki Əli Kərimlini 6 il qabaq məhz sizlərin iddia etdiyi kimi döydürüb, işgəncə verdirən adam, cəmi 6 il sonra eyni adamla dövlət çevrilişi planlamasını iddia etmək sadəcə ayıb və gülüncdür. Belə edib, özlərini bütün dünyaya daha da rəzil rüsvay etməsinlər. Zatən belə absurd, gülünc iddialarla bunu yetəri qədər ediblər.
Elçibəyin Əli Kərimli barədə dedikləri bu gün də aktualdır:
“Əli bəy siyasi fəaliyyətində siyasəti milli mənəviyyatla çulğalaşdırır. Bu, çox zəhmət, deyərdim ki, əziyyət tələb edir. Ancaq bu prinsip liderliyin əsas təməllərindən biridir.
Əli bəyin qanında elə bir təmiz hüceyrə var ki, ona atılan ləkələri həmin anda yox edir. Əli bəy haqqında bir neçə söz deməliydim, dedim, bu sözlərin xeyri də olacaq, ziyanı da. Tanrı xeyrini ziyanından çox etsin.”
Əbülfəz Elçibəy
20 sentyabr 1994. Azadlıq qəzeti.

MUASİRMEDİA.AZ
AYAZ MƏHƏRRƏMLİ
AYAZ MƏHƏRRƏMLİ
