F.Əsgərov 2022-ci ildə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub

Cəmiyyət
Əslən Masallının Qızılağac kəndindən olan, Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi, general-mayor Fərid Əsgərov Bakı şəhərində anadan olub. Fərid Əsgərov bundan öncə Prezidentin Təhlükəsizlik Xidmətinin Təlim və Tədris Mərkəzinin rəisi olub.
-Fərid Əsgərov həm də 2017-ci ildən Azərbaycan Karate Federasiyasının birinci vitse-prezidentidir.
-F.Əsgərovun göstərdiyi peşəkarlıq və xidmətləri nəticəsində qısa müddət ərzində rəhbər vəzifəyə yüksəldilməsi onun dövlətə sədaqətli və məsuliyyətli kadr kimi qiymətləndirildiyini göstərir.
F.Əsgərov 2022-ci ildə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

MUASİRMEDİA.AZ