Daşqının ən böyük arzusu Kəlbəcəri görmək idi, toyunu Kəlbəcərdə etmək istəyirdi.
Daşqın sosial şəbəkədə yaydığı video ilə yaddaşlarda silinməz iz buraxıb. Bu videolentdə o, “30 ildir həsrətində olduğumuz torpaqlar alındı, məni alan olmadı”,- deyə sosial şəbəkədə hisslərini ifadə edən qıza “gecə-gündüz Qarabağın alınması üçün əsgərlərimizə dua elə, səni yerin dibində də olsan, tapıb özüm alacam” söyləməklə reaksiya vermişdi. Daşqın müharibənin bitməsinə bir neçə gün qalanda – noyabrın 5-də şəhidlik zərvəsinə yüksəldi. Daşqının reaksiya verdiyi – “səni özüm alacam” dediyi həmin xanım Gürcüstanda yaşayan Nana adlı soydaşımızdır. Şəhidin anası Gülnaz Şəfiyevanın sözlərinə görə, Daşqının mesaj ünvanladığı qız onun doğum günündə Gəncədəki evlərinə böyük çələng göndərib: Daşqını ən çox tanıdan özünün çəkdiyi həmin video oldu. O, qızı həyatda görməmişdi. Qız Daşqının doğum günündə bizə böyük çələng göndərmişdi. İldönümündə Daşqına həsr olunmuş mahnı da ərsəyə gətirib, həmin gün Gürcüstanda Daşqının şəklini çıxartdırıb, avtomobillərin arxasına vurdurmuşdu”.

MUASİRMEDİA.AZ