Sabah saat 12:35-də Ali Məhkəmədə Tofiq Yaqublunun sonuncu məhkəməsi olacaq. Proses açıqdır. Prosesə Qılıcov İlqar Səyyad oğlu sədrlik edəcək.
Qeyd edim ki, prosesə sədrlik edən hakim də, 2 ilə yaxındır ki, şərlənərək həbsə atılan Tofiq Yaqublu da Qarabağ qazisidir. Sözsüz ki, sabahkı məhkəmədən heç bir ədalət gözləntimiz yoxdur. Çünki ölkədə nə hüquq var, nə də ədalətli məhkəmə. Tofiq Yaqublu barəsində hökmü isə hakimlər yox İlham Əliyev verir.
Ancaq yenə də adam düşünür ki, bu boyda hakimdən bircəciyi öz mənliyinə, ləyaqətinə sığışdırıb öz səlahiyyətindən istifadə edib ədalətli qərar verə biləcəkmi?
Tofiq Yaqublunun suçsuz olduğunu bütün ölkə bildi. Görək sabah hakim də cəsarəti çatıb bunu etiraf edəcəkmi?
MUASİRMEDİA.AZ
