6 noyabr 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin və Qarabağ Dirçəliş Fondunun birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Dövlət İmtahan Mərkəzində təşkil olunmuş tədbirdə Mərkəzin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, hər iki qurumun nümayəndələri, həmçinin DİM-in 44 günlük Vətən müharibəsinə qatılan əməkdaşları iştirak ediblər.
Görüşdən öncə qonaqlar DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixinə aid muzeylə tanış olublar.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra isə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.





MUASİRMEDİA.AZ
