Lənkəranda ”Zəfər Günü”nün beşinci ildönümü ilə əlaqədar 2000 ağac əkilib-FOTO

ölkə
Noyabrın 6-da Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) təşkilatçılıgı ilə Lənkəran şəhəri Heydər Əliyev prospekti, Hacı Zeynalabdin Tağıyev küçəsi, Liman şəhəri, Haftoni qəsəbəsi və digər ərazilərdə ağacəkmə aksiyası keçirilib.
”Zəfər Günü”nün beşinci ildönümü ilə əlaqədar keçirilən aksiyada Lənkəran ŞİH başçısı Taleh Qaraşov, icra hakimiyyəti aparatının rəsmiləri, YAP-nın Lənkəran rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbər heyəti, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, habelə yerli xidmət sahələrinin, təşkilat və müəssisələrin, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Aksiya zamanı 1000 ədəd sərv, 500 ədəd tuya və 500 ədəd eldar şamı cinsli ağac əkilib, ərazidə abadlıq işləri aparılaraq ağacların dibi yumşaldılıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib.

MUASİRMEDİA.AZ
GÜLƏR AMİN