Neftçala rayonunun Cəngən kəndindən olan şəhid Şahmar Manafovun atası Vidadi Manafov ağır yol-nəqliyyat hadisəsi keçirib. Belə ki, Vidadi Manafovun idarə etdiyi Mercedes markalı minik avtomobili KamAZ markalı yük maşını ilə toqquşub. Ağır xəsarətlər alan Vidadi Manafov dərhal Təcili Tibbi Yardım avtomobili ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, yaralıya bütün lazımı tibbi yardım göstərilib. Hadisə barədə məlumat alan Milli Məclisin deputatı, millət vəkili Günay Ağamalı dərhal xəstəxanaya gələrək şəhid atasının səhhəti ilə yaxından maraqlanıb, həkimlərdən ətraflı məlumat alıb və Vidadi Manafova baş çəkib. Millət vəkili bildirib ki, “Şəhid ailələrinin dərdi, onların sağlamlığı və rifahı bizim üçün ən müqəddəs məsələdir. Biz hər zaman onların yanındayıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, şəhid atamız Vidadi Mənafova isə Allahdan şəfa diləyirik. Onun tezliklə sağalmasını və ailəsinə qovuşmasını arzu edirik”.
https://www.youtube.com/watch?v=j7CYFJd5htE
MUASİRMEDİA.AZ
YAQUB MEHDİ OĞLU
YAQUB MEHDİ OĞLU
