Bu gün Bakıda Zəfərimizin 5 illik yubileyi ilə əlaqədar keçirilən hərbi parad çox möhtəşəm təşkil olunmuşdu. Xüsusilə meydanda və onun ətrafında, hərbi texnika, təyyarə və gəmilərdə yerləşdirilən onlarla kameralar, uçuşan dronlar çox dəqiq mikşer (idarə) edilir, sürətlə dəyişən səhnələri sinxron olaraq izləyiciyə çatdırılırdı.
Təəssüf ki, belə möhtəşəm tədbirin aparıcıları haqqında bunu deyə bilməyəcəyəm. Parada ilk dəfə AzTV-nin gənc siması Mümtaz Xəlilzadə aparıcılıq edib. Ona bu missiyada ATV-nin aparıcısı Nanə Ağamalıyeva həmkarlıq edib. Nanə haa…
Hərbi paradlara illər uzunu Abdulla Qurbani aparıcılıq edib. O da yaşa dolduqca emosiyalara çox yer verməyə başladı və bu dəfə ona “səhhəti ilə əlaqədar” vedrə bağlayıb avsaytda qoydular.
Təşkilatçılar deyəsən unudublar ki, hərbi paradı ən yaxşı elə (keçmiş) hərbçilər şərh edə bilərlər. Bu aspektdən ilk ağıla gələn Şəmistan Əlizamanlıdır. Qarabağ müharibəsinin ilk illərindən cəbhələrdə olub. Səsini isə tərif etməyə ehtiyac yoxdur.
Nə isə, yəqin gələcəkdə hərbi paradın şərhini şou-biznes buldozerinin ağzına verməzlər.
MM.AZ
