Bu barədə Arif Yunusov məlumat verib.
“Gözəl xəbər! Mart ayından etibarən Dünya Azadlıq Konqresinin (DAK) üzvləri arasında bu nüfuzlu beynəlxalq təşkilatın mükafatı üçün namizədlərin irəli sürülməsi prosesi gedirdi. Dünyanın 60 ölkəsindən namizədlər təqdim olunmuşdu. Leyla Yunus Azərbaycanda demokratiya uğrunda mübarizənin simvoluna çevrilmiş, açıq-aşkar saxtalaşdırılmış ittihamlarla 9 il azadlıqdan məhrum edilmiş Tofiq Yaqublunu namizəd kimi irəli sürmüşdü.
Bu gün səsvermənin nəticələri elan olundu. DAK-ın mükafatı azərbaycanlı siyasi məhbus Tofiq Yaqubluya demokratiya uğrunda mübarizədə göstərdiyi cəsarətə və töhfəsinə görə verildi”.
Bu mükafat beynəlxalq səviyyədə Tofiq Yaqubluya verilən ilk mükafatdır. Tofiq Yaqublunu namizəd kimi irəli sürən Leyla və Arif cütlüyünə və T.Yaqublunu bu mükafata layiq görən World Liberty Congress təşkilatına dərin təşəkkürümü bildirirəm. MM.AZ
