Bakı məktəblərinin birinə yeni direktor təyin etdilər

Təhsil

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Bakı şəhəri Seymur Məmmədov adına 301 nömrəli tam orta məktəbə direktor təyin edilib.

Yeni direktor Ruhiyyə Vaqif qızı İmanovadır.

Qeyd edək ki, həmin məktəbin daha öncəki direktoru müəllimlərə qarşı uyğunsuz davranışına görə işdən azad edilmişdi.

muasirmedia.az