“Uşaq hüquqları aylığı” TƏDBİR KEÇİRİLİB.-FOTO

Təhsil
Lənkəranda “Uşaq hüquqları aylığı” çərçivəsində 2 saylı Ailə tipli kiçik Qrup evi sosial xidmət müəssisəsində uşaqlar üçün əyləncəli açıq idman və inklüziv hərəkətli tədbir keçirilib.
Noyabrın 16-da Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və idarənin nəzdində UGİM-in kollektivi Lənkəran şəhər 2 saylı Ailə tipli kiçik Qrup evi sosial xidmət müəssisəsinə baş çəkib, əyləncəli açıq idman və inklüziv hərəkətli tədbir təşkil ediblər.
Tədbirdə gimnastika, atletika, cüdo, boks, kəndirlə mübarizə və mütəhərrik idman oyunları təşkil olunub və uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Daha sonra uşaqlar üçün tort kəsilib və xatirə şəkilləri çəkilib.
Müəssisədə təhsil alan uşaq və yeniyetmələrin idmana marağının artırılması üçün keçirilən tədbir bu kateqoriyada olan şəxslərin cəmiyyətə inteqrasiyasının dəstəklənməsi,onların fiziki fəallığı üçün bərabər imkanların yaradılması, idmana marağın artırılması, eyni zamanda həyat keyfiyyətinin yaxşılaşdırılması və sosiallaşmasını təmin etmək məqsədi daşıyır.
MUASİRMEDİA.AZ