“Eurovision 2026”- a yeni qaydalar tətbiq ediləcək

Dünya

Avstriyanın ictimai yayımçısı ORF, may ayında Vyanada keçiriləcək 2026 Avroviziya Mahnı Müsabiqəsində İsrailin iştirakını dəstəklədiyini bildirib. Eyni zamanda, təşkilatçılar İsrailin Qəzza zolağında HƏMAS-a qarşı müharibəsi səbəbindən geri çəkilə biləcək ölkələrlə danışıqlar aparırlar. Potensial rəqiblər arasında İspaniya, İrlandiya və Sloveniya da var.

ORF-un baş direktoru Roland Vaysmann Avropa Yayımçılar Birliyinin dekabr ayında müsabiqə üçün yeni qaydalar üzrə səs verəcəyini açıqlayıb. Onun sözlərinə görə, indi razılığa gəlmək və mümkün qədər çox ölkənin çıxış etməsinə imkan verəcək bir həll yolu tapmaq vacibdir. O, hansı konkret dəyişikliklərin planlaşdırıldığını qeyd etməyib.

 

Vaysman həmçinin qeyd edib ki, 70 illik yubiley “Eurovision” insanları birləşdirməli və “Musiqi ilə Birləş” şüarı altında keçirilməlidir.

 

Həmçinin Bolqarıstan, Rumıniya və Moldovanın fasilədən sonra müsabiqəyə qayıdacağı açıqlanıb. Kanadanın da qatılacağı mümkündür. ORF rəhbərliyi bu ideyanı alqışlayıb.

 

Lakin vəziyyət gərgin olaraq qalır. İspaniya, İrlandiya və Sloveniyadakı yayımçılar İsrailin iştirak edəcəyi təqdirdə 2026-cı il “Eurovision”u boykot edəcəklərini bildiriblər. Onlar Qəzzada mülki əhali arasında baş verən itkilərə görə İsraili tənqid edirlər.

 

Vaysman vurğulayıb ki, iştirakçıları “Eurovision”a hökumətlər deyil, yayımçılar göndərir.

 

Ötən həftə ORF nümayəndələri İsrailin ictimai yayımçısı Kan ilə görüşüblər. İsrail tərəfi müsabiqədə iştirak etmək niyyətini təsdiqləyib və bütün yeni qaydalara əməl etməyə hazırdır.

 

Təşkilatçılar 12-16 may 2026-cı il tarixlərində Vyanada keçiriləcək yarışmanın təxminən 90.000 tamaşaçı cəlb edəcəyini və iştirakçı ölkələrin sayına görə rekord qıracağını gözləyirlər.

MM.AZ