Azərbaycanın siyasi tarixində uzun illər strateji vəzifələr icra etmiş Ramiz Mehdiyev təkcə ölkə daxilində deyil, həm də Rusiya siyasi dairələri ilə əlaqələri ilə seçilən fiqurlardan biri olub.
Son illərdə əldə olan foto və məlumatlar göstərir ki, onun müxtəlif beynəlxalq platformalarda, xüsusən də Rusiyada keçirdiyi həm açıq, həm də qapalı görüşlərində oğlu Teymur Mehdiyev də iştirak edib.
Şəklin və əldə olunan digər məlumatların analizi onu deməyə əsas verir ki, oğlu Teymur Mehdiyevin bu görüşlərdə iştirakını təmin etməklə Ənvəroviç Rusiyanın güc mərkəzlərinə şəxsi loyallığını nümayiş etdirib.
Görüntülərin ən kritik tərəfi Teymur Mehdiyevin diplomatik masada, yüksəksəviyyəli nümayəndələrlə, o cümlədən Nikolay Patruşevlə eyni sırada əyləşməsidir.
Mehdiyev Patruşev vasitəsilə ailəsinin toxunulmazlıq strategiyasına da sadiqdir. Rusiya çətiri onun üçün bir “sığorta” idi.
Ramiz Mehdiyevin addımları bu kontekstdə iki ehtimalı gücləndirir. Bunlardan birincisi ailənin gələcək siyasi təzyiqlərə qarşı müdafiəsidir. Yüksək ranqlı şəxslər tez-tez ailələrini belə “strateji əlaqələrlə” sığortalayırlar. Teymur Mehdiyevin Rusiya rəsmilərinin masasında oturması bu mesajı da ötürürdü ki, bu ailəyə toxunmaq Moskva ilə münasibətləri dolaşdıra bilər. Ənvəroviç heç vaxt alternativ siyasi dəstək kanallarından imtina etməyib. Görüşlərin fotolarında Teymur Mehdiyevin rəsmi nümayəndə heyətinin üzvü kimi deyil, “xüsusi müşayiət edilən şəxs” kimi görünməsi arqumentlərimizin bariz təsdiqidir.
MUASİRMEDİA.AZ
