Azərbaycan Respublikası Prezidenti Katibliyin sabiq rəisi, Azərbaycan Prezidentinin sabiq köməkçisi, tarix elmləri doktoru Dilarə xanım Seyidzadə ofisimizin qonağı idi. BAMF əməkdaşları ilə yanaşı Bakı Dövlət Universitetinin #jurnalistika fakültəsinin tələbələrinin də Dilarə xanımın zəngin təcrübəsini, Ulu öndər Heydər Əliyev və cənab prezident İlham Əliyevlə olan çox maraqlı xatirələrini və gərgin iş qrafiki ilə bağlı fikirlərini dinləmək imkanları oldu. Dilarə xanım Azərbaycana, vətəninə şərəflə xidmət edən dəyərli ziyalılarımızdan biridir. Onunla keçirilən bu görüş BAMF-a ekskursiya edən gələcəyin jurnalistləri üçün çox faydalı və yadda qalan təcrübə oldu.
MUASİRMEDİA.AZ
UMUD MİRZƏYEV
