Polis Xəzər və Sabunçu rayonlarında məktəblilərlə maarifləndirici görüş keçirdi

ölkə
Polis Xəzər və Sabunçu rayonlarında məktəblilərlə maarifləndirici görüş keçirdi
Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsi Xəzər rayonundakı 120 saylı məktəbdə və Sabunçu rayonunun 11 saylı internat məktəbində “Narkomaniya və erkən nikaha yox deyək!” mövzusunda maarifləndirici tədbirlər təşkil edib.
🔹 Tədbirlərdə icra hakimiyyəti nümayəndələri, həkim və psixoloqlar iştirak edib.
🔹 Polis polkovniki İbrahim İsmayılov gənclərin zərərli vərdişlərdən qorunması, sağlam həyat tərzinə təşviqi və erkən nikahın fəsadları barədə məlumat verib.
🔹 Şagirdlərə narkomaniyanın fiziki, psixoloji və sosial təhlükələri, erkən nikahın isə təhsilə və gələcək həyat planlarına mənfi təsiri izah olunub.
🔹 Gənclərə sağlam həyat tərzinə üstünlük vermələri tövsiyə edilib.
Maarifləndirici tədbirlər davam etdirilir.

muasirmedia.az