YENİDƏN HƏYATA GƏLƏN DEYİLƏM
Düşünmə, gün batır, qaranlıq düşür,
Gecəyə nur saçan ayım var mənim.
Payıza dönsə də ömrün qatarı,
Hələ yaşanmayan yayım var mənim.
Bu ömrü səninlə bölən deyiləm,
Bu eşqin quluyam, kölən deyiləm.
Yenidən həyata gələn deyiləm,
Tanrıdan bir ömür payım var mənim.
Biz nələr adladıq, geriyə baxsan…
Bəradər yaşlaşıb, sənsə “uşaq”san.
Çıraqla axtarsan, tapmayacaqsan,
Məgər bu dünyada tayım var mənim?
Bəradər Səməndərli
(Xanəliyev)
11.12.2025

muasirmedia.az
