Cəlilabad rayonunun Albalıqn kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə “Chevrolet Niva” markalı avtomobillə VAZ 2107 markalı avtomobilin toqquşması nəticəsində qeydə alınıb. VAZ 2107 markalı avtomobildə iki nəfər olub. Onlardan biri ağır xəsarət alıb. Yaralılar sürücünün əmisi tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ilkin tibbi yardım həkimlər tərəfindən göstərilib. “Chevrolet Niva” markalı avtomobilin sahibi Cəlilabad rayonunun Saatlı kənd sakini, tanınmış xanəndə Füzuli Salmanov olub. Avtomobildə onun ailə üzvləri və azyaşlı övladı da olub.
Cəlilabadda avtomobil vuran qadın xəstəxanada ölüb Hadisə Cəlilabad rayonunun Uzuntəpə kəndində baş verib. Kənd sakini, 1947-ci il təvəllüdlü Quliyeva Südavər dünən axşam saatlarında avtomobil vurması nəticəsində xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, o, xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
MUASİRMEDİA.AZ YAQUB MEHDİ OĞLU
