Həpisdə olan direktor türmədə vəfat etdi

Hadisə
Tovuz Peşə Liseyinin korrupsiyada təqsirli bilinən sabiq direktoru Tanrıverdi Tanrıverdiyev həbsdə dünyasını dəyişib.
 Məhkəmə bu səbəbdən yeni qərar qəbul edib. Buna əsasən, onunla bağlı son müraciətə xitam verilib. Ərizədə v3fat səbəbi uzunmüddətli xəstəlik göstərilib.
Qeyd edək ki, keçmiş direktor külli miqdarda mənimsəmə, rüşvətalma, ağır nəticələrə səbəb olan səhlənkarlıqda ittiham olunub.
Gəncə Ağır Cinayyətlər Məhkəməsi T.Tanrıverdiyevə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası versə də, prokurorun etirazı hökmü dəyişib.
Apellyasiya instansiyasının yeni qərarı ilə Tanrıverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun evi və torpaq sahələri də müsadirə olunub.
Cinayyət  işi üzrə Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə dəymiş ziyan 200 min manata yaxın olub.

MUASİRMEDİA.AZ