“Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı ilə təltif olundum-FOTO

Cəmiyyət
Cənab Prezidentin Fərmanı ilə təsis edilən, “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı ilə təltif olundum.
Mediamıza, milli mətbuatımıza göstərdiyi diqqətə görə, Cənab Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm.
Mənə etimad göstərib, 17 illik peşəkar media fəaliyyətimi qiymətləndirən Dövlətimizə, Dövlətimizi ləyaqətlə təmsil edən insanlara təşəkkür edirəm.
Medianın inkişafı agentliyinə şəxsən Əhməd İsmayılova, Mediadakı xəbər tərəfimi yüksək dəyərləndirən Space Müstəqil Tele-Radio və yayım Şirkətinin Prezidenti, əziz Vado Korovinə minnətdaram.
p.s: Təvazökarlıqdan uzaq olacaq bəlkə də, amma mütləq deməliyəm ki, təltif olunduğum mükafat mənim üçün sadəcə medal, təltif deyil, 17 illik gözümün nurudur, bu sahədə özümlə mübarizəmdə özümə qalib gəlməyimin, özümü daim inkişaf etdirib, yenilənməyimin və öz sahəmdə var oluşumun isbatıdır. Bütün bunların kökündə isə Dövlətə və Xalqa öz peşən müstəvisində ləyaqətlə, şərəflə, vicdanla xidmət etmək niyyəti, məqsədi durur! Təltif olunan bütün həmkarlarımı təbrik edirəm, hamımıza daha peşəkar, daha məsuliyyətli və ən əsası xalqa, Azərbaycana sadiq peşə fəaliyyəti arzulayıram!
MUASİRMEDİA.AZ