İrəvanda türk mahnısı oxuyaraq erməniləri qəzəbləndirən və buna görə də töhmət alan vətənpərvər müğənnimiz Əbülfət Əliyevin (1926-1990) sabah doğum günüdür. “İrəvana qastrol səfərinə gediblərmiş. Erməni tamaşaçıları onun ilk çıxışlarını sürəkli alqışlarla qarşılayırlar. Təkrar səhnəyə çıxanda tarzən Sərvər İbrahimova “gör indi türk mahnısı oxumaqla bunların kefinə necə soğan doğrayacağam” deyir. Səhnəyə çıxır, oxuyacağı mahnını elan etmədən tarzənə çalğıya başlamasını işarə edir. Zala sakitlik çökür. Bayaqdan xanəndənin ifasını alqışla qarşılayan erməni tamaşaçıların üzərinə sanki qaynar su tökülür. Çıxışından dərhal sonra tənqid və məzəmmətlər başlayır. Bu mahnıya görə atamı çox incitdilər. Ermənilər rahat oturmadılar, Mərkəzi Komitəyə qədər şikayət etdilər, sonda töhmət aldı”, – oğlu Rauf Əliyev.

MUASİRMEDİA.AZ
