Qaynanməş yumurtanın soyuq su ilə yaratdıqı təhlükə

Cəmiyyət
Yumurta ən sadə, eyni zamanda ən faydalı qidalardan biridir. Səhər süfrələrindən tutmuş dietik menyulara qədər hər yerdə yer alır. Lakin yumurtanın bişirilməsindən sonrakı mərhələ – yəni soyudulması prosesi çox vaxt diqqətdən kənarda qalır.
illərdir bir çox evdə formalaşmış vərdiş var: yumurtanı qaynar sudan çıxaran kimi soyuq suya salmaq.
Bəs bu doğrudanmı düzgündür? Mütəxəssislər bu suala birmənalı cavab vermir və səbəblər kifayət qədər ciddidir.
Temperatur şoku və gizli təhlükə
Qaynar yumurtanın qəfil soyuq suya salınması temperatur şoku yaradır. Yumurta qabığı möhkəm görünsə də, əslində onun üzərində minlərlə mikroskopik məsamə mövcuddur.
Ani istilik fərqi nəticəsində qabıqda gözlə görünməyən mikroçatlar əmələ gəlir.
Bu çatlar vasitəsilə bakteriyalar yumurtanın içinə nüfuz edə bilər.
Xüsusilə salmonella kimi təhlükəli bakteriyalar üçün bu, əlverişli şərait yaradır. Nəticədə zahirən sağlam görünən yumurta potensial risk mənbəyinə çevrilir.
Yumurta suyu “içinə çəkir”
Soyuq suya qəfil salınma zamanı yumurtanın daxilində təzyiq azalır.
Bu da fizika qanunlarına görə belə nəticələnir. Xaricdəki su məsamələrdən yumurtanın içinə doğru çəkilir, su ilə birlikdə mikroorqanizmlər də içəri keçə bilər
Bu hal yumurtanın dadını dəyişir, saxlama müddətini qısaldır.
Xüsusilə qabıqlı halda saxlanılan yumurtalarda tez xarab olma riskini artırır
Qabığın çətin soyulması paradoksu
Bir çoxları yumurtanı soyuq suya salmağı qabığın rahat soyulması ilə əlaqələndirir. Ancaq praktika göstərir ki, ani soyuma zamanı yumurta ağı qabığa daha möhkəm yapışa bilər. Nəticədə yumurta soyularkən dağılır, estetik görünüşünü itirir.
Bu xüsusilə çox bişmiş yumurtalarda daha qabarıq hiss olunur.
Bəs niyə bu üsul hələ də geniş yayılıb?
Bu vərdişin formalaşmasının bir neçə səbəbi var:
Bişmə prosesini tez dayandırmaq, əlin yanmasının qarşısını almaq, vaxta qənaət etmək.
Doğrudur, soyuq su yumurtanı tez soyudur. Amma tezlik hər zaman sağlamlıq demək deyil.

MUASİRMEDİA.AZ