İnqilabın dahisi V.İ. Lenin bu sözləri 1913-ci ildə deyirdi.

Siyasət
Buna inqilabın sosial formulu da demək olar: Yuxarılar əvvəlki kimi idarə edə bilmirlər, aşağılar isə əvvəlki kimi yaşamaq istəmirlər.
Müasir dünyada bu klassik formula bir qədər dəyişib. İnqilabi şərait üçün yuxarıların nəyisə idarə edə bilməməsi zəruridir, amma kafi deyil.
Fikrimcə müasir dünyada inqilabi şərait üçün belə bir mühit yaranmalıdır: Aşağılar əvvəlki kimi yaşamaq istəmirlər, yuxarılar idarəetmə mexanizmini əldə saxlamaq üçün ölkənin suverenliyini qismən və ya tam sata bilmirlər.
İranda vəziyyət belədir. Aşağılar əvvəlki kimi yaşamaq istəmirlər. Yuxarılar isə idarəetməni əldə saxlamaq üçün ölkənin suverenliyini sata bilmirlər. Çünki, səkkiz il əvvəl alınmış S-400’ləri qaytarmaq, bağlanmış kontraktlardan 2,2 dəfə baha qaz alışı kontraktı bağlamaq və s. kimi bir imkanları yoxdur.
Görünür, İran ordusunda ölkə rəhbərliyini başqa bir ölkəyə təslim edərək, siyasi suverenliyi satışa çıxarmaq kimi bir əhval-ruhiyyə yoxdur.
Nəticə:
İranda mövcud siyasi rejimin yaxın gələcəkdə dəyişməsi ehtimalı o qədər böyükdür ki, az qala mütləq bir proqnozdur.

şunu diyen bir yazı '고속 ВЕРХИ HE мОГУт, A НИзы HE ХОТЯТ..' görseli olabilir
MUASİRMEDİA.AZ

Avtandil Mamedov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir