İranda soyqırımdır. 20 mindən artıq etirazçı qətlə yetirilib

Dünya

İrandan gələn təsdiqlənməmiş məlumatlar olduqca dəhşətlidir. Belə ki, xarici media ilə əlaqə saxlaya bilən iranlı qorxunc həqiqətləri açıqlayıb.

MUASİRMEDİA.AZ xəbər verir ki, “CBS News”a danışan mənbənin bildirdiyinə görə, fəal qruplar ölkə üzrə tibb işçilərindən daxil olan məlumatlar əsasında həlak olanların ümumi siyahısını tərtib edirlər.

İlkin hesablamalara əsasən, ölənlərin sayı artıq 12 min nəfəri keçib və 20 min nəfərə qədər çata bilər.

Əgər bu rəqəmlər təsdiqlənərsə, söhbət artıq “etirazların yatırılmasından” deyil, ümummilli miqyaslı kütləvi qırğından gedə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir